DİN ağır qəza ilə bağlı məlumat yaydı
6 Mart 2015 12:48 KriminalDaxili İşlər Nazirliyi bu gecə Sumqayıt yolunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, martın 5-də saat 20 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini Maqsud Şəbiyev və Zərdab rayon sakini Nəsimi Əlövsətli vurulub. M.Şəbiyev hadisə yerində ölüb, N.Əlövsətli isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31