Ağdaşda silahlı insident: özünü güllələdi
6 Mart 2015 11:34 KriminalAğdaş sakini ov tüfəngi ilə özünü güllələyib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şordəhnə kəndində qeydə alınıb. 1968-ci il təvəllüdlü kənd sakini Əhmədov Arif Ağalar oğlu yaşadığı evdə qoşalülə ov tüfənginə patronları doldurarkən ehtiyatsızlıq edib, qəflətən açılan atəş nəticəsində özünün qarın boşluğu və ayaq nahiyələrindən xəsarət alıb. O, Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək, üzərində cərrahiyyə əməliyyatı aparılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31