Bakıda evdə tək olan qadına maskalılar hücum etdilər
6 Mart 2015 10:29 KriminalBakıda qadının evinə basqın edilib. Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Naizə Məmmədovanın evinə naməlum şəxslər soxulublar. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, maskalı olan şəxslər ötən gecə saat 04 radələrində evdə tək olan N.Məmmədovanı ölümlə hədələyərək pul tələb ediblər. Qadın özünü cinayətkarlardan xilas etmək üçün evində olan 2500 manatı onlara verib. Pulu alan maskalılar evi tərk ediblər. Hazırda polis tərəfindən axtarış aparılır. Cinayətkarların tutulması istiqamətində əməliyyat tədbirləri görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31