MTN ötən il Azərbaycanda 297 kiloqramdan çox narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb
6 Mart 2015 10:29 KriminalÖtən il Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin, ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb.APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.İl ərzində həmin qəbildən olan şəxslərdən 297 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə (o cümlədən 183 kq heroin) götürülərək dövriyyədən çıxarılıb.Faktlarla bağlı 34 cinayət işi başlanılıb, 69 Azərbaycan və 3 Rusiya vətəndaşı istintaqa cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31