Bakıda bina yandı: 20 sakin təxliyyə edildi
Yuxarı mərtəbələrdə yaşayan sakinlər təxliyyə olunub
6 Mart 2015 10:11 KriminalBakıda çoxmərtəbəli binada yanğın baş verib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31