Bakıda 9 mərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Nəsimi rayonunda coxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 8 kv.m sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 18 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31