Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
5 Mart 2015 15:12 KriminalQaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-dən verilən məlumata görə, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağdaş rayon sakini Hacıağa İsrafilovun idarə etdiyi "VAZ-21054" və Füzuli rayon sakini Saleh İsrafilovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. H.İsrafilovun sərnişinlərindən Bakı şəhər sakini İntiqam Əsgərov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31