Ev alqı-satqısı məntəqəsini talayanlar ələ keçdi
5 Mart 2015 15:00 KriminalYasamal rayonunda fəaliyyət göstərən ev alqı-satqısı məntəqəsindən oğurluq etmiş şəxslər tutulub. DİN-dən verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış şəxslərin Gəncə şəhər sakini Pərviz Niyazov və Yevlax rayon sakini İnşallah Bəkirov olduğu müəyyən edilib. Onların Ə.Haqverdiyev küçəsində Alim Tağıyevə məxsus ev alqı-satqısı məntəqəsindən pəncərədən girmək yolu ilə 5 ədəd mobil telefon və fotoaparat oğurlamaları aşkar edilib. Saxlanılan şəxslər araşdırma aparılması üçün 28-ci PB-yə təhvil veriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31