Hazırlıq kursundan 5 min aparan şəxs saxlanıb

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, oğurluq etmiş şəxsin Lənkəran rayon sakini Aqil Babayev olduğu müəyyən edilib. Onun ətrafında aparılan istimtaq-əməliyyət tədbirləri nəticəsində Rüstəm Kərimzadəyə məxsus "Elit-Academy" hazırlıq kursundan 5000 manat, 8 ədəd noutbuk, 1 ədəd televizor, 1 ədəd telefon və 1 ədəd yaddaş qurğusu oğurladığı aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31