Bakıda ağır qəza: 1 ölü, 2 yaralı

Martın 4-də Qaradağın Qızıldaş qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ağdaş rayon sakini Hacıağa İsrafilovun idarə etdiyi "VAZ-21054" və Füzuli rayon sakini Saleh İsrafilovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində H. İsrafilovun sərnişinlərindən Bakı şəhər sakini İntiqam Əsgərov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31