Bilgəhdə zibillikdən meyit tapılıb
5 Mart 2015 12:40 KriminalSabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.ç Polis ölən şəxsin fotosunu da APA-ya təqdim edib. Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31