Elmi-tədqiqat institutunun sabiq direktoru intihar etdi
O, özünü 8-ci mərtəbədən atıb
17 Sentyabr 2012 01:20 KriminalBakıda dəhşətli intihar hadisəsi baş verib. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib.Hadisə sentyabrın 16-da axşam saatlarında Süleyman Sani Axundov küçəsi, ev 1 B, mənzil 69 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Əhmədov Çingiz Əvəz oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Ç. Əhmədovun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat verilməsə də, onun uzun illər Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru vəzifəsində çalışdığı bildirilir. Son illər işsiz qalan Çingiz Əhmədov maddi sıxıntı içərisində yaşayırmış.Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31