20 min manatlıq qızıl əşya oğurlayan çəxs ələ keçdi
4 Mart 2015 16:53 KriminalYasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan şəxs saxlanılır. DİN-dən verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini İlqar Əliyevin martın 1-də Arzu Mirzəyevanın evindən 20 000 manat dəyərində qızıl əşyalar oğurlaması aşkar edilib. Onun ətrafında aparılan araşdırmalar zamanı üstündən 1,440 qram tiryək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31