Yol polisi zəncirvari qəzada öldü
16 Sentyabr 2012 00:13 KriminalHacıqabul rayonu ərazisində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib."Toyota Prado" markalı avtomobil yolun yağışlı olması səbəbindən idarəetməni itirərək yol kənarına düşən "Mercedes" markalı avtomobilə kömək üçün dayanmış nəqliyyat vasitələri ilə toqquşub. O, əvvəlcə yol kənarında dayanan "Hyundai" markalı avtomaşınla toqquşub. "Hyundai" isə yüksək zərbə qarşısında hərəkətsiz vəziyyətdə dayanan "Mercedes" markalı yük avtomaşınına dəyib."Hyundai"ı vurduqdan sonra "Toyota Prado"nun sürücüsü ərazidə olan Dövlət Yol Polisinin xidməti avtomobilinə çırpılıb. Nəticədə "Toyota Prado"da olan sərnişin, Yevlax sakini 35 yaşli Fikrət Nizaməddin oğlu Nəcəfov dünyasını dəyişib./Anspress/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31