Beşmərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31