Binəqədidə sex yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus sexdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 1300 kv.m olan sexin anbarının yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31