Daxili orqanından 56 büküm narkotik vasitə çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Famil Abbasovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı onun daxili orqanından (düz bağırsağından) 42 ədəd bükümdə ümumi xalis çəkisi 99,918 qram olan narkotik vasitə - tiryək, 14 ədəd bükümdə isə ümumi xalis çəkisi 16,07 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31