Xarici markalı siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaretlər aşkar olunub. Bu barədə DGK-dan verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi "Mercedes Benz E 200" markalı, "99-GX-179" dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb. Gaktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31