"Bondotdel" Bakıda əməliyyat keçirib: saxlanılanlar var

Saxlanılanlar Gürcüstan vətəndaşıdır

Bakının məşhur ticarət mərkəzindən oğurluq edən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki  "Moskva" ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31