Mühafizəçi bələdçinin 150 manatını oğurladı

Martın 1-də Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31