Axtarışda olan 24 nəfər saxlanıb
3 Mart 2015 15:40 KriminalRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər"lə açılıb. DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31