Bir gündə 15 avtomobildən oğurluq edib

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan Adil Məmmədov tutulub. DİN-dən verilən məlumata görə, onun ətrafında aparılan əməliyyat tədbirləri zamanı cari ilin fevral ayı ərzində və mart ayının 1-də 15 nəfər paytaxt sakininə məxsus avtomobillərdən pul, mobil telefon, sənəd, qızıl və digər əşyalar oğurladığı aşkar olunub. Bakı şəhər sakini olan A.Məmmədovun əvvəllər məhkum olunması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31