Bayılda oğlu tərəfindən vurulan ata öldü

Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 25-də 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqov, oğlu Malik tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E. Sadıqov xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, E. Sadıqov  rayonun 20-ci sahə, Yurbəy Mürsəlov küçəsində yerləşən mənzildə bıçaqlanıb. Polislər tərəfindən saxlanılan Malik Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31