İrandan narkotik vasitə keçirmək istədi
3 Mart 2015 14:28 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Nəsib Babayevin üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 9,141qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə, xalis çəkisi 6,75 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31