Bakıdakı məşhur ticarət mərkəzindəki oğurluğun ömrü cəmi 40 gün çəkdi
3 Mart 2015 13:30 KriminalBakıdakı "Moskva" ticarət mərkəzində qızıl şöbəsindən oğurluq etmiş Gürcüstan vətəndaşları tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki "Moskva" ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31