Bakıda 9 mərtəbəli yataqxanada yanğın baş verib
3 Mart 2015 13:07 KriminalBakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 8-ci mərtəbəsində quraşdırılmiş 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31