Dövlət Dəmir Yolunun işçisi həbs edildi
3 Mart 2015 12:18 KriminalAzərbaycanda ekspress qatarında oğurluq edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31