İçərişəhərdə faciə

Bakıda 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə İçərişəhərdə, Böyük Qala küçəsi 47 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Əziz Hilalaoviç Qulov yaşadığı evdə bıçaq itiləyərkən bülöv daşının qırılaraq sinəsinə dəyməsi nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31