Bakıda silahlı basqın: 1 yaralı

Valyutadəyişmə məntəqəsindən külli miqdarda dollar oğurlanıb

Polis paytaxtda valyutadəyişmə məntəsinə basqınla bağlı hərəkətə keçib. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda hadisə baş verən ərazidə və yaxınlıqdakı bütün müşahidə kameraları yoxlanılır. Hadisənin yaxınlığındakı insanlar, hadisə şahidləri dindirilib. Cinayət işinin açılması istiqamətində əməliyyata başlanılıb. Bunun üçün xüsusi qrup yaradılıb. Hadisəni törədən şəxs, yaxud şəxslərin axtarışlarına başlanılıb. İdarədən bildirilib ki, tezliklə cinayəti törədənlər yaxalanacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31