Piyadanı vurub öldürən sürücü qaçıb

Martın 2-də saat 01 radələrində Yasamal rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Tbilisi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdam rayon sakini Əvəz İsmayılov vurulub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31