Bıçaqla qətl törətmiş şəxs tutulub
2 Mart 2015 16:44 KriminalFevralın 22-də İltifat Quliyevi bıçaqla qətlə yetirmiş şəxs tutulub. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət-Axtarış İdarəsi və Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini Əli Cəfərov saxlanıb. Onun ətrafında aparılan əməliyyat tədbirləri zamanı sözügedən cinayət hadisəsini törətdiyi müəyyən olunub. Ə.Cəfərovun əvvəllər məhkum olunması aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31