Rusiyada daha bir azərbaycanlı iş adamına sui-qəsd

Rusiyanın Ulyanovsk vilayətində növbəti dəfə Azərbaycan vətəndaşına sui-qəsd cəhdi edilib.
"Qafqazinfo"nun "Mosaica.ru" saytına istinadən verdiyi xəbərə görə, bu dəfə isə hədəf sahibkar, yay kafelərindən birinin rəhbəri olub. Dünən baş verən hadisə zamanı naməlum şəxs sahibkarın avtomobilinə atəş açıb. Bölgə polisinin verdiyi məlumata əsasən, atəş açan şəxslər sahibkarın avtomobildə olduğunu düşünüblər. Lakin xəsarət alanın olmadığı deyilir. Hazırda hadisə yerində müstəntiq və tədqiqatçılar işləyir.
Xatırladaq ki, sentyabrın 11-də Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk bölməsinin sədrinə də sui-qəsd təşkil olunmuşdu. İnsident nəticəsində İslam Hüseynov yaralanmış, mühafizəçisi öldürülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31