Manatın düşməsi sabiq hakimə 90 min ziyan vurdu

Bu gün Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Zərərçəkən Ramazan Səlimovun vəkili İradə Cavadova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, məhkəmədə çıxış edərək devalvasiyaya görə əlavə pul tələb ediblər: "2012-ci ildə alınan pul qaytarılmayıb. 300 min borc müqaviləsi, 34 min hədiyyələrin alınması ilə bağlı idi. Əlavə olaraq hər il 5% tutulmasını əlavə etdik. Bununla 345 min manat oldu. Bu ilin fevralın 21-də olan devalvasiyaya görə dəymiş ziyanı əlavə etdik. Bu da 90 min etdi, ümumilikdə 569 min manat pul tələbi qoyuldu". Vəkil çıxışında daha çox mülki iddia üzərində dayanıb və təqsirləndirilən şəxsə daha sərt cəza istəyib. Növbəti məhkəmə prosesi martın 10-na təyin olunub. Elman Məmmədov və Həsən Əliyevin vəkilləri çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31