Azərbaycanda polislər ayağa qalxdılar
Keçirilən əməliyyat zamanı silah və sursat aşkarlanıb
2 Mart 2015 15:36 KriminalSalyan rayonunda keçirilən əməliyyat zamanı silah və sursat aşkar olunub. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsi və Salyan rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat zamanı Qalalı kəndində kənd sakini Ruhid Məlikova məxsus mağazaya baxış keçirilib. Bu zaman oradan 2 ədəd "ARAL" markalı tir tüfəngləri, 25 qutu qırma, 16 qutu barıt, 1344 ədəd alışdırıcı və 3236 ədəd müxtəlif çaplı patronlar aşkar edilib. Silah və sursat müsadirə edilib. Ruhid Məlikovanın həmin silahları hardan əldə etdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31