Azərbaycanda “semiçka” oğruları tutuldu
2 Mart 2015 13:48 KriminalSumqayıtda xeyli miqdarda günəbaxan tumu oğurlayan şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, şəhər polis idarəsi və 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də "Patron" tum şirkətinə məxsus "Ford" markalı avtomobildən 80 qutu tum oğurlamış Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Namiq Dadaşov, Qurban Yusifov və Teymur Fərəcov tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31