Gömrük nəzarətindən gizlədilmiş mobil telefon aşkarlanıb

"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn ölkə vətəndaşı İntiqam Əliyevin idarə etdiyi "Opel Zafira" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə müxtəlif markalı, cəmi 53 ədəd aksessuarlı mobil telefon, eləcə də müxtəlif markalı, cəmi 66 ədəd aksessuarsız mobil telefon və müxtəlif mobil telefonlara aid aksessuarlar: 66 ədəd qidalandırma cihazı, 66 ədəd akkumulyator və 66 ədəd "qulaqcıq" aşkar edilib. Həmçinin Seymur Verdiyevin idarə etdiyi "QAZ-3110" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş halda 100 ədəd "C10" markalı və 185 ədəd "X202" markalı mobil telefonlar aşkar edilərək saxlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31