Bərdədə 12 otaqlı ev yanıb

Bərdə şəhərində vətəndaşa məxsus 12 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsinin mətbəxində soyuducu və 10 kv.m sahədə mətbəx mebeli yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31