Qusarda iki nəfər öldü

İki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ötən gün Qusar-Həzrə yolunun 5-ci km-də baş verib. İmişli rayon sakini 49 yaşlı Saxavət Rzayevin idarə etdiyi  "Wolkswagen" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq   dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin Ruslan İbrahimov hadisə yerində ölüb. Sürücü Saxavət Rzayev isə Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı nəqliyyat vasitəsi 10 metr dərinliyi olan dərəyə yuvarlanaraq   tamamilə tanınmaz hala düşüb. Yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən şəxslər dost olub. Onlar Rusiya Federasiyasının müxtəlif şəhərlərində ticarətlə məşğul olub. Azərbaycandan qonşu ölkəyə meyvə aparmaq üçün gələn dostlar Həzrə kəndinə də məhz bu məqsədlə gedib. Onlar kənddən qayıdarkən qəza baş verib. "OLAYLAR" rtv.az-a istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31