Azərbaycanda dəhşət: sevgilisini güllələyib öldürdü
Hadisə ilə bağlı cinayət işi açılıb
2 Mart 2015 09:44 KriminalBu gün Qazax rayonunda törədilmiş qətlin üstü açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qazax şəhərində 29 yaşlı A.Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.Qeyd edək ki, M.Veyisov Daş Salahlı kəndinin sakinidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31