Bakıda avtobus qəza törətdi

Bir neçə dəqiqə öncə Babək prospektində avtomobil qəzası olub. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, 30 nömrəli sərnişin avtobusu eyni yolla hərəkət edən "Mersedes" markalı, "90 LK 910" dövlət nişanlı avtomobilin arxasına çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Avtobusda olan sərnişinlər eyni xətlə hərəkət edən digər 30 nömrəli avtomobilə miniblər. Ərazidə bir neçə dəqiqə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31