Polis Xocəsəndə əməliyyat keçirib

Göygöl rayon sakininin evində sila- sursat aşkar edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinən "Marqolin" markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31