Bakı yaxınlığında ağır qəza: ölən və yaralananlar var
27 Fevral 2015 12:46 KriminalFevralın 27-də saat 01 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi "Opel" markalı avtomobili yol ayırıcısına vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, onun sərnişinlərindən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb. Sürücü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdirib. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31