Heroini bağırsağına soxub sərhədi keçmək istədi
İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar olunub
26 Fevral 2015 17:52 KriminalDövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rəşad Axundovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanında, düz bağırsağında 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,701 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparıır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31