Axundun evindən 100 minlik qızıl oğurlayan şəxs tutuldu

O, əvvələr də məhkum olunub

Salyanda mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100 000 manat dəyərində qızıl əşyalar və 1 ədəd "Churcill" markalı tüfəng (müvafiq sənədləri olan) oğurlayan Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyev tutulub.

Qeyd edək ki, Hacıhüsnü Həsənov Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə qazısıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31