Gecə qadının avtomobilinə soxulan 21 yaşlı oğlan tutuldu
26 Fevral 2015 12:27 KriminalBakıda oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 23-də gecə saatlarında M.Cəlal küçəsində Tural Mahmudova məxsus "Mitsubishi" markalı avtomobildən, şüşəni sındırmaqla video müşahidə kamerası, aksessuarlar, yanvarın 24-də gecə saatlarında həmin ünvanda İlahə Yüzbaşıyevaya məxsus "Toyota" markalı avtomobildən eynu üsulla 3 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, 1994-cü il təvəllüdlü Xalid Mahir oğlu Səmədov tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31