Prokurorluqdan manat əməliyyatı - 2 nəfər həbs edildi

Bakıda valyutadəyişmə məntəqələrinin birində köhnə məzənnə ilə pul alan və satanlar həbs olunub. Məlumata görə, hadisə metronun "Neftçilər" stansiyası yaxınlığındakı məntəqələrin birində baş verib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 3 min dolları köhnə məzənnə ilə 2800 manata alan taksi sürücüsü və məntəqə işçisi saxlanılıb. Belə ki, məzənnədə 1 dollar 1,05 manata olduğu halda kursdan aşağı valyuta dəyişməsinə cəhd olunub. Bu zaman əməliyyatçılar hər iki şəxsi həbs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31