Cəlilabadda orta məktəbdə intihara cəhd olub
25 Fevral 2015 16:42 KriminalCəlilabad şəhərində intihara cəhd hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Qız müəllimləri tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətin orta-ağır olduğu bildirilir. İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31