Bakıda 8 nəfəri aldadıb 26 min manat aldılar

Dələduzluq etdiyinə görə həbs edilən Vüqar Hüseynovun daha 8 nəfəri aldatdığı məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yanvarın 18-də dələduzluq etdiyinə görə tutulan Vüqar Hüseynovun ətrafında Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, sözügedən şəxs daha 8 nəfərin etimadlarını qazanaraq ümumilikdə onlardan 26100 manat alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31