Şirvanda yeməkxana və hamam yanıb

Şirvan şəhərində vətəndaşa məxsus yeməkxanada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə yeməkxananın ərazisində ümumi sahəsi 12 kv.m olan hamamın taxtadan ibarət tavanı 4 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31