Balakənin yol polis rəisi güllələndi
Asif Qasımovun intihar etdiyi bildirilir
3 May 2012 13:47 KriminalBalakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi özünü güllələyib öldürüb. Bu barədə "OLAYLAR"a rayon sakinləri məlumat verib. Məlumata görə, bölmə rəisi, polis mayoru Asif Qasımov tabel silahı ilə başından atəş açaraq özünü öldürüb. Hadisə Balakən rayonu ərazisində baş verib. Sakinlərin dediyinə görə, polis mayoru xidməti otağından tabel silahını götürüb çıxıb və bir saatdan sonra onun özünü öldürməsi barədə məlumat yayılıb. Mənbənin məlumatına görə, polis mayorunun meyidi rayon ərazisində güllələnmiş vəziyyətdə tapılıb və polis şöbəsinə məlumat verilib. Mayorun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Məlumata görə, onun xəstəlikdən əziyyət çəkməsi barədə məlumat ölümündən sonra yayılıb. Amma, sakinlər və rayon polis əməkdaşlarında bu vaxta qədər belə məlumat olmayıb.
Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.